<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>281</hymn_number>
<lyrics>[V1]
 Bilirik ki, bu dünyada nə əkəcəksən,
 Bir zaman onu da sən biçəcəksən.
 Yaxşı olar özündən bir soruşasan -
 Hansı bəhrələri sən gətirmisən?!

[C1]
   Bir gün verəcəkdir əvəzin Rəbbim,
   Gətirdiyin hər bəhrə, hər əməl üçün.
   Hər şeyi O görür, hər şeyi bilir,
   Hər əmələ düz qiymət verir.
   Əgər bəhrələrin yaxşıdırsa, bil,
   Ürəyin sevinclə dolub - daşacaq.
   Onun hüzurunda qorxusuz durub
   İsminə izzətlər, həmd oxuyacaq.

[V2]
 Sən gözlə gəlişini Göylərdən Onun,
 Bu görüş sevinci səni yaşatsın.
 Burda elə yaxşı bəhrə topla ki, səni
 Əbədi həyatda o gün utandırmasın.</lyrics>
<title>Bilirik ki, bu dünyada nə əkəcəksən İL281</title>
</song>